Sifariş

Ana Səhifə / Sifariş

1.Saytdan necə məhsul ala bilərim?

Almaq istədiyiniz məhsulun ölçü və sayını seçdikdən sonra “Səbətə At” düyməsini klikləyərəq məhsulu Alış-Veriş Səbətinizə ata bilərsiniz.
Başqa bir məhsul da alsanız, onları da səbətə əlavə edin.
Alış-veriş səbətində məhsulu yoxlayın – ölçü, rənq, say kimi məlumatlar düzgündürmü?
Dügündürsə “Satın Al” düyməsini klikləyin.
ModaOL-dan qeydiyyatlı və ya qeydiyyatsız alış-veriş edə bilərsiniz.
Qeydiyyatlı alış-veriş etsəniz bonuslar Sizin hesablınızda cəmlənəcək. Gələcəkdə bu bonusları alış-veriş üçün istifadə edə bilərsiniz.
Qeydiyyatlı olsanız ModaOL-un xüsusi endirim və kampaniyalarından faydalana bilərsiniz.
ModaOL müştərilərin ad günləri, özəl günlər və bayramlarda güzəştlər edə bilər.
Qeydiyyatlı və Qeydiyyatsız olaraq istifadə qaydaları: Qeydiyyatlı alış-veriş üçün qeydiyyatdan keçdiyiniz Login (mail) və Şifrəni yazaraq Şəxsi Kabinet bölümünə daxil olmalısınız.
Qeydiyyatdan keçmək üçün Sizdən 30 saniyə vaxt tələb olunacaq.
Qeydiyyat üçün sadəcə çatdırılma ünvanı və ödəmə bilgilərini qeyd edin.
Qeydiyyatsız alış-veriş üçün Ad-Soyad-Ata adı, telefon nömrəsi, çatdırılma ünvanı və ödəmə məlumatlarını yazmaq kifayətdir.

1.Qeydiyyatsız sifariş etmək olarmi?

Bəli, mümkündür.
Lakin qeydiyyatdan keçdikdə, yeni kampaniyalar haqda ilk Siz xəbərdar olacaqsınız və sifariş tarixçənizə əsasən bonus xallar qazanmaq imkanınız olacaq.

1.Qeydiyyatlı və qeydiyyatsız sifariş arasındakı fərq nədir?

Qeydiyyatlı alış-veriş etsəniz bonuslar Sizin hesabınızda cəmlənəcək.
Gələcəkdə bu bonusları alış-veriş üçün istifadə edə bilərsiniz.
Qeydiyyatlı olsanız ModaOL-un özəl endirim ve kampaniyalarından faydalana bilərsiniz.
ModaOL müştərilərin ad günləri, özəl günlər və bayramlarda güzəştlər edə bilər.
Həmçinin qeyd etmək istərdik ki, qeydiyyatlı müştərilərimiz əgər kampaniyada olan məhsul sayı limitlidirsə, bu məhsulun əldə etmək şansı çoxalır.
Çünki bu kompaniyanın mövcudluğu haqqında ilk onun xəbəri olur.

1.Verdiyim sifarişdə dəyişiklik edə bilərəm mi? Yəni məhsul əlavə edib və s. etmək mümkündürmü?

Əgər sifarişiniz çatdırılmayıbsa, məhsulu əlavə etmək və s. mümkündür, bunun üçün sadəcə *0090 nömrəsinə zəng edərək bu haqda məlumat vermək lazımdır.

1.Sifarişimin vəziyyətini necə öyrənə bilirəm?

Məhsulu satın aldığınızda, sifarişiniz karqoya təslim edildiyində, məlumatlandırma məqsədiylə SMS və email-a məlumat gələcək. Əlavə olaraq *0090 ModaOL Çağrı Mərkəzinə zəng edərək, məlumat ala bilərsiniz.

1.Sifarişim qüsurlu (defekt) gələrsə, nə edə bilərəm?

ModaOL-da bütün məhsullar kontrol edildikdən sonra Sizə göndərilir.
Lakin əgər sifarişiniz qüsurludursa, geri qaytara bilərsiniz.
Geri qaytarma ilə əlaqəli sualiniz olduqda, zəhmət olmasa *0090-a zəng edin ki, əməkdaşlarımız Sizə köməklik göstərə bilsin.

1.Sifarişim əskik gəlibsə, nə edə bilərəm ?

ModaOL-da bütün məhsullar kontrol edildikdən sonra Sizə göndərilir.
Lakin əgər sifarişiniz əskikdirsə, həmin məhsul Sizə ödənişsiz çatdırılır.
Bu kimi sualınız olduqda, zəhmət olmasa *0090-a zəng edin ki, əməkdaşlarımız Sizə köməklik göstərə bilsin.

1.Sifarişim səhv gəldi, nə edə bilərəm ?

ModaOL-da bütün məhsullar kontrol edildikdən sonra Sizə göndərilir.
Lakin əgər sifarişiniz səhv gəlibsə, məhsul pulsuz dəyişdirilir .
Bu kimi sualınız olduqda, zəhmət olmasa *0090-a zəng edin ki, əməkdaşlarımız Sizə köməklik göstərə bilsin.

1."Səbətim" nə üçündür və necə istifadə olunur?

“Səbətim” ana səhifəmizin sağ-üst küncündə yerləşən bölümdür ki, onun köməyi ilə asan olaraq aliş-veriş edə biləcəksiniz.
“Səbətim” bölümündə bunları edə biləcəksiniz: Çöldəki marketlərdə olduğu kimi, almaq istədiyiniz məhsullari “Səbətə Əlavə Et” düyməsini seçərək, “Səbətim” səhifəsinə toplayırsınız.
Sonra “Satın Al” düyməsi ilə kassaya yaxınlaşıb ödəyirsiniz. Endirim kuponlarınızı, hədiyyə çeklərinizi “Səbətim” səhifəsinin köməyi ilə istifadə edə bilərsiniz.
Almaq istədiyiniz məhsulların sayını təyin edə bilərsiniz.
Alış-veriş edərkən, hansısa bir məhsuldan imtina etmək istəsəniz, həmin məhsulun üzərindəki “X “ düyməsini seçərək, “Səbətim”-dən ləğv edə bilərsiniz.
Sifarişlərinizin qiymətini ƏDV və kargonun qiyməti daxil olmaq şərti ilə görə bilərsiniz.

1.Səbətə neçə ədəd mal seçə bilərəm və neçə AZN limitim var?

Məhsul sayı və məbləğ limitsizdir.

1.Səbətə eyni anda fərqli brendləri yerləşdirib, sifariş etmək olar mi?

Bəli, mümkündür.

1.Səbətdə məhsulun müddəti nə qədərdi?

Səbətinizdəki məhsulları, stokdakı sayi tükənənədək “Səbətim” səhifəsində gözlətdirə bilərsiniz.
Lakin məhsul stokda bitərsə, bu məhsul “Səbətim”-dən avtomatik silinəcək.
Məhsulları bir qədər operativ sifariş etməyə tövsiyyə edərdik, çünki həmin anda saytda aliş-veriş kütləvi halda olduğundan, Sizin seçdiyiniz məhsulu artıq digər müştəri sifariş olaraq təsdiqləyə bilər.

2. Sifarişimi paket etmək mümkündürmü? Mümkündürsə, bunun üçün əlavə ödəniş etmək lazimdir?

Bəli, mümkündür və biz bunu sizin üçün ödənişsiz edirik.

3. Azərbaycan vətəndaşı deyiləmsə, sifariş edə bilərəm?

Bəli, sifariş edə bilərsiniz.

4. Əgər məhsul saytda bitibsə, siz tərəfdən onu sifariş edə bilərəm?

Məhsulun stokda olub – olmamasından asılıdır. Ətrafli məlumat üçün *0090 nömrəsinə müraciət etməyinizi xahiş edirik.

5. Məhsulun (geyim, ayaqqabı və s. ) ölçüsünü dəyişdirə bilərəmmi?

Bəli, mümkündür amma buna zəmanət vermirik. Ətrafli məlumat üçün *0090 nömrəsinə müraciət etməyinizi xahiş edirik.

6. Mənim sifarişim haqda başqa şəxsə məlumat verirsiniz?

Şəxsi Kabinetinizdəki məlumatlar ModaOL-un nəzarəti altındadır və təhlükəsizliyini tam təmin edirik.
Müştəri məlumatları, ancaq rəsmi mövqelər üsulu dairəsində bu məlumatların tələb edilməsi halında və qüvvədə əmr qanunvericilik müddəalarına müvafiq rəsmi orqanlara şərh etmək məcburiyyətində olduğu vəziyyətlərdə rəsmi mövqelərə açıqlana bilər.