Məxfilik Siyasəti

Hörmətli müştəri, məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və/və ya bu kimi  şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürmür. Saytımız şəxsi məlumatlarınızı yalnız xidmətlərimiz və sayt haqqında xəbərlər, eləcə də yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək. Müasir informasiya texnologiyalarının bizə verdiyiniz məlumatların toplanmasında və istifadəsindəki əhəmiyyətini əks etdirmək üçün bu “Məxfilik Siyasəti” adlanan bölmə hazırlanmışdır. Bu “Məxfilik Siyasəti”ndə “biz”ə edilən istinadlar sayta mübasibətdə istifadə olunur və “siz”ə edilən istinadlar fərdi məlumatların subyektinə münasibətdə istifadə olunur.
————————————————————————————————————————-
Bu “Məxfilik Siyasəti”  www.Modaol.com veb-saytında (veb-sayt) toplanan məlumatlara aiddir. Saytımız sizin “istifadəçi” (sadəcə veb-sayta daxil olan istifadəçi) və ya “üzv” (qeydiyyatdan keçmiş istifadəçi) olmağınızdan asılı olmayaraq, məlumatlarınızın məxfiliyinə daim diqqətlə yanaşır və sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Saytdan istifadə etməklə, əlaqə vasitələrinizi daxil etməklə və ya qeydiyyatdan keçməklə, siz bu “Məxfilik Siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilirsiniz. Bu razılıq tərəfinizdən saytda müəyyən olunmuş qaydalara uyğun olaraq qeydiyyatınız ləğv edildiyi müddətədək qüvvədədir. Hər hansı şərt və ya qayda ilə razı deyilsinizsə, xahiş edirik veb-saytdan istifadə etməyəsiniz və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə uyğun olaraq barənizdə məlumatların toplanılmamasına və işlənilməməsinə dair yazılı etirazınızı bizə təqdim edəsiniz.

Fərdi Məlumatlar

“Fərdi məlumatlar haqqında” Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, sizdən istənilə biləcək, ancaq buradakı siyahı ilə məhdudlaşmayacaq fərdi məlumatlar aşağıdakılardır:

– Ad və soyad;
– Email ünvanı;
– Cins;
– Doğum tarixi;
– Poçt ünvanı;
– Kredit kart nömrəsi;
– Telefon nömrəsi.

Burada qeyd olunan fərdi məlumatların toplanması həmin fərdi məlumatların subyektinin eyniləşdirilməsi və verifikasiyası məqsədilə həyata keçirilir.

  • Kuryer

Çatdırılma kuryer xidməti vasitəsilə Bakı şəhəri, , Sumqayıt şəhəri  daxilində istənilən ünvana sifariş verilən məhsulun çatdırılma kateqoryasına uyğun olaraq 24 saat, 7 gün ,10 gün  ərzində kuryer vasitəsi ilə ödənişsiz olaraq çatdırılır.

Azərbaycanın 62 rayonu üzrə sifariş verilən məhsulun çatdırılma kateqoryasına uyğun olaraq 24 saat, 7 gün ,10 gün gün ərzində poçt vasitəsilə PULSUZ həyata keçirilir.

  • Azərpoçt

Sifarişiniz yaşadığınız əraziyə yaxın Azərpoçt şöbəsinə 2 gün ərzində çatdırılacaq və siz yerindəcə nağd ödəniş etməklə məhsulu əldə edəcəksiniz.