Geri Qaytarma

Ana Səhifə / Geri Qaytarma

1.Sifarişimdən necə imtina edə bilərəm?

Əgər çatdirilma hələki baş verməyibsə, onda imtina etmək üçün *0090 nömrəsinə və yaxud [email protected] com-a bildirməyinizi xahiş edirik.
Sifarişiniz ləğv ediləcək və əgər ödəniş etmisinizsə həmin məbləğ geri qaytarılacaq.
Çatdırılma baş vermişsə məhsulu təslim aldıqdan sonra geri qaytara bilərsiniz.

1.Qeydiyyatsız sifariş etmək olarmi?

Bəli, mümkündür.
Lakin qeydiyyatdan keçdikdə, yeni kampaniyalar haqda ilk Siz xəbərdar olacaqsınız və sifariş tarixçənizə əsasən bonus xallar qazanmaq imkanınız olacaq.

1.Sifarişimi geri qaytararkən nəyə diqqət yetirməliyəm?

Məhsulun mağazada təkrar satışına mane olacaq vəziyyətlər olmayıbsa və gigiyenik problemi yaradıb digər müştərilərin istifadəsinə mane olmayıbsa geri gaytarmaq mümkündür.
Bu baxımdan, geyimlərin etiketi qoparılmamalidir və kirlənmədən yalnız dənəmə məqsədi ilə geyinilməsi xahiş olunur.
Ayaqqabıları dənəyərkən dabanı kirlənməməli və cızılmamalıdr. Bağlaması, qabları açıldıqdan sonra geri qaytarmaya qəbul etmirik. Bədən ölçüsündə : Səhv varsa; Əksikdirsə; Defekt varsa; Bəyənmədinizsə; Və yaxud səbəbsiz olaraq geri qaytara bilərsiniz.

1.Qutusu açıldıqdan sonra geri qaytarılması mümkün olmayan mallar hansılardır?

Aşağıdakı mallar yalnız qutuları açılmamış, istifadə olunmamış şəkildə geri qaytarıla bilər: Parfüm və Kosmetika; Şəxsi baxım məhsulları; Alt geyimlər ; Çimərlik paltarı; Kitab, DVD, VCD, CD və kasetlər və kopyalana bilən proqramlar; Məktəb ləvazimatları; Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s. )

1.Geri qaytarılmayan və yenisi ilə əvəz edilməyən mallar hansılardır?

Tez xarab olan məhsullar; Son istifadə tarixi keçmiş məhsullar; Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş məhsullar; Qızıl və qızıl məmulatları; Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış mallar; İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr); İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları; Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar; Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları; Alıcının istəyi (sifarişi) əsasında hazırlanan və ya açıqca onun şəxsi ehtiyacları üçün hazırlanan, xüsusiyyətlərinə görə geri qaytarılması mümkün olmayan mallar; Onlayn şəkildə dərhal göstərilən xidmətlərə görə ödənilən vəsait geri qaytarılmır.

1.Geri qaytarma prosesi necə aparılır?

İlkin olaraq *0090-dan və yaxud [email protected] com’dan ModaOL müştəri xidmətləri ilə əlaqə saxlayın.
Geri qaytarılma qaydaları məhsulun növünə görə dəyişir.
Aşağıdakı informasiyanı oxuyaraq sifarişinizin geri qaytarılma şərtlarini öyrənin. Sifariş qutusunda “Qaytarılma üzrə Formanı” doldurub imzalayın.
Formanı tapa bilmədiyiniz halda “Qaytarılma Üzrə Forma yoxdursa nə etməliyəm?” başlığındakı məlumatları bir kağıza qeyd etməklə qutuya qoyun.
Məhsulu və məhsula aid faktura, aksessuar və s. qutuya qoyun.
Sifarişiniz “Azərpoçt” ilə çatdırılıbsa yenə “Azərpoçt” ilə, əgər “ModKarqo” ilə çatdırılıbsa “ModKarqo” ile geri qaytarılır.
Geri qaytardığınız məhsul ModaOL-a daxil olduqdan sonra yoxlanılacaq.
Əgər geri qaytarılmaya maneyə yaradacaq bir səbəb yoxdursa, ödənişiniz bank və yaxud poçt vasitəsi ilə geri göndəriləcəkdir.

1.Qaytarılma Üzrə Forma yoxdursa nə etməliyəm?

Formanı tapa bilmədiyiniz halda adi kağıza aşağıdakı “Geri qaytarılma formasına yazmağınız gərəkənlər” başlığındakı məlumatları qeyd etməklə qutuya qoyun.
Geri qaytarılma formasına yazmağınız gərəkənlər: Sifariş nömrəsi Geri qaytarılacaq məhsulun adı və sayı Geri qaytarma səbəbi Tarix Ad-soyad-ata adınız və imzanız

1.Geri qaytarma qiymətləri nə qədərdir?

Məhsullar və xidmətlərimizin keyfiyyətinə zəmanət təqdim etdiyimizə görə Azərbaycanın hər yerindən “ModKarqo” və “Azərpoçt” ilə aparılan geri qaytarmalar pulsuzdur.
DiQQƏT! Əməkdaşlıq etmədiyimiz kuryer şirkətləri ilə aparılan geri qaytarılmanın xidmət haqqını sifarişçi özü ödəməlidir!

1.Geri qaytarılan mallara görə ödənilən vəsait hansı qaydada alıcıya qaytarılır?

Mallar bizim ofisə geri qaytarıldığı andan və geri qaytarılma şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra 7 iş günü ərzində Bank tərəfindən Sizin hesabınıza məbləğ geri yüklənir və yaxud şəxsən alıcıya təhvil verilir.