Çatdırılma

Ana Səhifə / Çatdırılma

1. Çatdırılma ödənişi nə qədərdi?

ModaOL-da çatdırılma qiymətləri bunlardır: Bakıya: minimal olaraq 30 azn və daha çox sifarişlərin çatdırılması pulsuzdur.
Qiyməti 30 azn-dən az olan sifarişlərin çatdırılma qiyməti 3 azn-dir.
Bakıya yaxın rayonlara və qəsəbələrə: minimal 50 azn və daha çox sifarişlərin çatdırılması pulsuzdur.
Qiyməti 50 azn-dən az olan sifarişlərin çatdırılma qiyməti 4 azn-dir.
Digər Azərbaycan arazisinə: minimal 75 azn və daha çox sifarişlərin çatdırılması pulsuzdur.
Qiyməti 75 azn az olan sifarişlərin çatdırılma qiyməti 4 azn.

2. Hansı karqo şirkəti ilə çalışırsınız?

Bakı və Bakıya yaxın rayonlara ModaOL-un qardaş firması olan ModKarqo şirkətinin kuryer maşınları ilə qapınıza qədər çatdırırıq.
Digər ərazilərə isə Azərpoçt vasitəsilə qapınıza qədər çatdırırıq.

3. Çatdırılma müddəti nədir?

Hər məhsulun çatdırılma müddəti sifarişi təsdiqlədikdən sonra göstərilir.
Ümumiyyətlə sifarişiniz: Bakıya 24 saat ərzində; Bakıya yaxın rayonlara və qəsəbələrə 36 saat ərzində; Digər Azərbaycan ərazisinə Azərpoçt ilə 2 – 4 gün ərzində çatdırılir.
Bəzi özəl kampaniyalarda məhsullar, kampaniya müddəti bitdikdən sonra çatdırılır.

4. Çatdırılmanın əhatəsini deyə bilərsinizmi?

Bakı və Bakıya yaxın rayonlara ModaOL-un öz kuryer maşınlari ilə qapınıza qədər çatdırırıq.
Digər bölgələrə “Azərpoçt” vasitəsilə qapınıza qədər çatdırılır.
Əgər yerləşdiyiniz əraziyə Azərpoçt tərəfindən çatdırılma yoxdursa, o zaman Sizə yaxın olan “Azərpoçt” filialına çatdıra bilərik.

5. Xarici ölkəyə çatdırılma varmi?

Hal-hazırda mümkün deyil.
Daha ətraflı məlumat üçün *0090 yaxud mx@ModaOL. com müraciət edə bilərsiniz.

6. Sifarişi göstərilən tarixdən tez və ya gec çatdırmaq mümkündürmü?

Bəli, mümkündür.
Bu məlumatı dəqiqləşdirmək üçün *0090 nömrəsinə və yaxud mx@ModaOL. com-a müraciət etməyinizi tövsiyyə edirik.

7. Çatdırılma ünvanını (tarixini, vaxtını) dəyişmək olarmi?

Sifarişiniz kuryerə təslim edilmeyibsə mümkündür.
Lakin ilk öncə, MÜTLƏQ olaraq *0090 nömrəsinə zəng edərək, bu barədə məlumat təqdim etməyinizi xahiş edirik.

8. Evdə olmasam sifarişimi başqa adama təslim edə bilərsinizmi?

Bəli, mümkündür. Sadəcə sifariş zamanı həmin şəxsin əlaqə nömrəsini qeyd edin və kuryer sizinlə əlaqə saxladıqda bu haqda məlumatı ona təqdim etməyinizi xahiş edirik.

9. Əgər 2 və ya çox ədəd məhsul sifariş etsəm, bir qismini bir ünvana, digər qismini isə digər ünvana çatdırmaq mümkündürmü?

Bəli, mümkündür. Sadəcə sifarişi təsdiqlədikdən sonra *0090 nömrəsinə müraciət edib bu məlumatı təqdim edin.

10. Sifarişimi bayram günündə çatdırmaq mümkündursmü?

ModKarqo, bayram günləri də çalışdığına görə Bakı və Bakıya yaxın rayonlara çatdırılma mümkündür .
Lakin, “Azərpoçt” bayram günləri çalişmadığına görə, digər Azərbaycan ərazisinə çatdırılma mümkün olmayacaq.

Back to Top